“Jurnalistlər öz peşə fəaliyyətlərinə görə qurbana çevrilməməlidir. Kəlbəcərdə iki Azərbaycan jurnalistinin öldürülməsi Ermənistanın öz öhdəliklərinə hörmət etmədiyinə daha bir dəlildir”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tvitter səhifəsində yazıb.
“UNESCO insan həyatlarını xilas etmək üçün minaların xəritəsini tələb etməlidir” deyə, nazir qeyd edib.