Rusiya sülhməramlı kontingentinin Qarabağdakı hərbçiləri planlı şəkildə döyüş hazırlığı məşqləri keçirirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilib.
Məlumatda qeyd edilib ki, müşahidə məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün keçirilən təlim zamanı sülhməramlılar təxribat xarakterli davranışların qarşısının alınması, müşahidə məntəqələrinə hücumun dəf edilməsini məşq ediblər.
Bildirilib ki, postların müdafiəsini gücləndirmək üçün “BTR-82A” zirehli personal daşıyıcıları təlimlərə cəlb olunub. Eyni zamanda, yanğının söndürülməsi üçün xilasetmə qrupu da məşqlərdə iştirak edib.
Məlumata görə, son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları olmayıb, rus hərbçilərə qarşı təxribat xarakterli davranışlar qeydə alınmayıb.