15 İyun 2021 20:29
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilər torpaqlarımızı işğal etməklə ancaq insanlığa qarşı terror törətməyiblər, həm də ekoloji terroru davam etdiriblər. Torpaqlarımızı işğaldan azad ediləndən sonra müşahidə edirik ki, bu ünsürlərdə düşmənçilik ruhu sonsuz olub. Şəhərlərimizi, kəndlərimizi xarabalığa çeviridilər, ərazilərimizi minaladılar, meşələrimizi məhv etdilər və su resurslarımızı silaha çevirdilər”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O, Qarabağın su resursları ermənilərin işğalı altındakı ərazilərdə yerləşdiyini qeyd edib: “Ermənilər bu ərazilərimizdəki çayları və su anbarlarını da terror silahına çevirmişdi. Çayların qabağı kəsilmiş, su anbarlardakı suyu isə qışda lazım olmayanda böyük həcimdə buraxaraq daşqınlar yaratmış, mösümü vaxtlarda isə qabağını kəsərək süni quraqlıq yaratmışdılar. Ona görə də torpaqlarımız erməni işğalı altında olduğu dövürdə bu ərazilər quru səhraya dönmüşdü”.

Deputat bildirib ki, Qarabağın işğaldan azad edilməsi bu ərazilərdə yaşayan canlı aləmin yenidən həyata qayıtmasına şərait yaradıb: “Ölkə başçımız və birinci vitse prezident Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərimizə tez-tez səfərlər edir. Səfərlər çərçivəsində aparılan yenidənqurma və bərpa işlərinə baxış keçirir və öz tapşırıqlarını verir. İyunun 14-də Fizuliyə səfər çərçivəsində Fizuli və Şükürbəyli elektrik yarımstansiyalarının açılışı oldu. Prezident həmçinin Füzuli su anbarına baxış keçirərək işğaldan azad olunmuş ərazilərdə olan su ehtiyatlarının su balansını yaratmaq tapşırığı verdi. Su həyat deməkdir. Bütün bu tapşırıqlar işğaldan azad olunmuş ərazilərimzidəki su ehtiyatlardan səmərəli istifadəsini, 100 min hektarlarla ərazilərimizin suvarılmasına şərait yaradacaq”.


Müəllif: Yeganə Oqtayqızı