Rusiyanın Qarabağdakı sülhməramlı kontingentin hərbi qulluqçuları xeyriyyə təşkilatları və fondlarından əldə olunan 18 ton humanitar yardımı Xankəndinə çatdırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Məlumatda qeyd edilib ki, gələcəkdə bu yük ucqar kəndlərə, ehtiyacı olanlara veriləcək.
Bildirilir ki, hər həftə müxtəlif fondlardan humanitar yardım alınır:
“Yükün bir hissəsi yeməklə bağlı ləvazimatlar, yağ, makaron,düyüdən ibarətdir. Eyni zamanda böyüklər və yeniyetmələr üçün geyimlər, uşaqlar üçün bezlər, tibb işçiləri üçün tibbi avadanlıqlarda bura aiddir”.
Xatırladılıb ki, xeyriyyəçi təşkilatlar və fondlar vasitəsilə sülhməramlılar Qarabağdakı ermənilərə 2020 tondan çox humanitar yardım çatdırıb.