29 İyul 2021 13:56
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdiyi nümayəndə heyətlərinin Şuşaya səfəri davam edir.

Qonaqlar Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrinə baş çəkiblər, Cıdır düzündə olublar.

Nümayəndə heyəti daha sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət edib.

Mustafa Şentop, Əsəd Qeysəri və Azərbaycan, Türkiyə, Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıblar, dualar ediblər./Report/


Müəllif: Teleqraf.com