22 Sentyabr 2021 11:30
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda yaşayan 35 yaşlı erməni üç azyaşlını avtomobillə vurduqdan sonra intihar edib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, hadisə Xocavənd rayonunun Tağaverd kəndində dünən saat 14 radələrində qeydə alınıb.

“Volkswagen”lə Qırmızı Bazar qəsəbəsinə hərəkət edərkən avtomobildə partlayış olub. Həyəcan keçirən sürücü yolu keçən uşaqları vurub. Sonra isə “Opel Astra” markalı avtomobillə toquşub. Hadisədən sonra həmin yerdən uzaqlaşıb.

Qəza zamanı yaralanan uşaqlar xəstəxanaya çatdırılıb. Sürücü isə intihar edib.


Müəllif: Cavad