“Rusiya, Ermənistan və Azərbaycanın 2020-ci il noyabrın 10-da Qarabağla bağlı üçtərəfli bəyanatı son dərəcə əhəmiyyətlidir, onun önəmi olduqca yüksəkdir”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Bu bir illik sənədləri həm Azərbaycan, həm də Ermənistan üçün son dərəcə önəmli, müharibəni dayandırmağa və regional iqtisadiyyatın və infrastrukturun sülh yolu ilə inkişafı yoluna çıxmağa imkan verən sənədlər kimi qiymətləndiririk”, - Kremlin sözçüsü bildirib.
Peskov qeyd edib ki, Rusiya sülhməramlıları bölgədə öz funksiyalarını yerinə yetirir, təhlükəsizliyi təmin edir, atəşkəs rejiminə, qaçqınların geri qaytarılması prosesinə nəzarət edir: “Bu son dərəcə vacibdir. Ona görə də imzalanmış sənədlərin necə əhəmiyyətli olduğunu sözlə ifadə etmək olmur”.