20 Dekabr 2021 13:14
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi Azərbaycana uçuşlar həyata keçirmək üçün üç hava yolu şirkətinə müvafiq icazə verib.

Teleqraf.com agentliyə istinadən xəbər verir ki, “İrAero” şirkəti həftədə iki dəfə Moskva şəhərindən Füzuli Beynəılxalq Hava Limanına və Zaqatalaya uçuşlar həyata keçirəcək. Həmçinin “AzurAir” şirkəti Rusiyanın Samara, Rostov, Krasnodar, Kazan şəhərlərindən həftədə iki dəfə, “Nord Wind” şirkəti də Soçi şəhərindən həftədə 7 dəfə Bakıya uçuş həyata keçirmək hüququ əldə edib.

Xatlırladaq ki, oktyabrın 15-dən Baş nazir Əli Əsədovun imzaladığı qərarla beynəlxalq status verilmiş Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilib. Hər növ təyyarələr qəbul etmək iqtidarında olan hava limanındakı enmə zolağının uzunluğu 3000, eni 60 metr, terminalı isə saatda 200 sərnişini yola salmaq gücündədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər