12 Yanvar 2022 12:46
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağın dağlıq hissəsindəki Rusiya sülhməramlı kontingentinin hərbçiləri müasir rabitə vasitələri və BTR-82A zirehli transportyorlarından istifadə etməklə təhlükəsizlik təlimi keçirib.

Teleqraf.com xəbər verir ki, sülhməramlılar təlimdə Əsgəran, Ağdərə və Xocavənd rayonlarında “təxribat xarakterli hərəkətlər”in qarşısının alınması və şərti hücumun dəf edilməsini məşq ediblər.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi İlya Romançuk bildirib ki, şəxsi heyət mütəmadi olaraq gecə-gündüz döyüşə hazırlıqla bağlı təlimlər keçir.

Sülhməramlılar təlimlərdə siqnal verildikdən sonra əvvəlcədən təchiz olunmuş nöqtələrdə müdafiə mövqeləri tutublar. Təlimlərə BTR-82A zirehli transportyorlar cəlb edilib.


Müəllif: Mənsur Rəğbətoğlu