Qarabağdakı separatçı qüvvələrin “müdafiə bölməsi”nin komandiri polkovnik V.Y. 44 günlük müharibədə Azərbaycana qarşı döyüşməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda bildirilib.
Açılmış cinayət işinin araşdırılması zamanı məlum olub ki, polkovnik 2020-ci il oktyabrın 10-dan öz vəzifələrini yerinə yetirməkdən imtina edib. Bu isə onun rəhbərlik etdiyi alayın dağılmasına səbəb olub.
Yanvarın 19-da V.Y. Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə V.-Y.-a qarşı cinayət işi açılıb. İstintaq davam edir.