3 Mart 2022 16:25
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Füzuli rayonunun Horadiz qəsəbəsinə gedib.

Teleqraf.com xəbər verir ki, bunu diplomat özünün tviter hesabında yazıb.

Səfir Horadizdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları ilə görüşüb.

"Biz minalar sahəsində ANAMA ilə əməkdaşlığımıza davam edirik. Bu gün Horadizdə ərazilərin minalardan təmizlənməsi üçün həm təlim, həmçinin də texniki dəstək göstərən Britaniya mütəxəssisləri ilə görüşdüm", - C.Şarp vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər