2 Avqust 2022 20:49
1 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sülhməramlılar vasitəsilə Qarabağla Ermənistanı birləşdirən dəhlizin yeni marşrut üzrə hərəkətinin təşkilini tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qarabağdakı separatçıların rəhbəri Arayik Arutyunyan bildirib.

Qeyd edək ki, 2020-ci il 10 noyabr üçtərəfli razılaşmasına uyğun olaraq üç il ərzində Rusiya tərəfinin iştirakı ilə Ermənistanla Qarabağı birləşdirən, Laçın və Şuşa şəhərlərindən yan keçən yeni dəhlizin inşası başa çatmaq üzrədir. Yeni dəhliz işə düşəndən sonra Laçın şəhəri Azərbaycanın nəzarətinə qaytarılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər