Video əlavə olunub:
Rusiyanın ali rəhbərliyi, xüsusən də xarici işlər naziri Sergey Lavrov Qarabağdakı vəziyyətlə bağlı Ermənistan və Azərbaycandan olan həmkarları ilə sıx təmasdadır.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Rusiya XİN onu da qeyd edib ki, Rusiya sülhməramlıları yerlərdə vəziyyətin sabitləşməsi üçün bütün səylərini göstərirlər.
“Hər iki tərəflə bütün kanallar və bütün səviyyələrdə, o cümlədən ölkənin ali rəhbərliyi ilə aktiv iş aparılır. Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır”, - nazirlikdən bildirilib.