10 Avqust 2022 12:47
1 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndindəki separatçıların başçısı Araik Arutyunyana Göyçə gölünün sahilində dəbdəbəli malikanə tikilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Aravot” nəşri məlumat yayıb.

Məlumata görə, “Kapavor” şirkətinin rəhbəri Arman Akobcanyanın tikdirdiyi dəbdəbəli malikanənin yanında – Göyçə gölünün sahilində Arutyunyanın dəbdəbəli malikanəsi tikilir.

“Aravot” Araik Arutyunyanın tikilməkdə olan şəxsi evi ilə bağlı onun “sözçü”sü Lusina Avanesyandan açıqlama almağa çalışsa da, o, zənglərə və yazılı müraciətə cavab verməyib.

Arman Akobcanyan isə separatçıların keçmiş “şəhərsalma naziri”nin oğludur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər