29 Avqust 2022 19:50
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan artıq Laçın rayonu, Zabux və Sus kəndlərini nəzarətə götürüb. Əgər yola çıxmısansa, davam etməlisən. Bəziləri bizə deyir ki, qaça-qaça gedək, buna ehtiyac yoxdur. Nəfəsimizi dərək, addımlarımızı atacağıq. Bu addımlarımızın hara doğru atılacağı da hamıya bəllidir”.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputatın fikrincə, nəzərdə tutulan addımları düşünülmüş şəkildə atmalıyıq ki, zərbə almayaq: “Amma mütləq addımlar atılıbsa, gediş davam edəcək. Hədəf bütün Qarabağda Azərbaycan suverenliyinin bərpasıdır. Mən o cür demək istəməzdim ki, sabah Qarabağda erməni qalacaq və ya qalmayacaq. Qalması da mümkündür. Amma Azərbaycanın tam nəzarət altında olan və bütün istiqamətlərdə canlanmış bir Qarabağ olacaq. Əsas hədəf də budur”.


Müəllif: Nemət

Oxşar xəbərlər