29 Avqust 2022 16:33
2 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın dəhlizinə alternativ çəkilmiş yeni yol avqustun 30-da istifadəyə veriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Ermənistan öz tərəfində çəkilən yeni yolun (4.7 km) asfaltlama işlərini yekunlaşdırıb.

Azərbaycan isə öz tərəfində - Laçında dəhlizə alternativ çəkdiyi yolu xeyli əvvəl başa çatdırıb.

Qeyd edək ki, Laçın şəhəri, Zabux və Sus kəndləri avqustun 26-da Azərbaycana təhvil verilib. Bundan sonra dəhliz marşrutu dəyişdirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər