“Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki son görüşündə razılaşdırılmış məsələlər Bakının mövqeyini tam ifadə edir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Armen Aşotyan deyib.
Siyasətçi Brüsseldəki görüşün Ermənistanın Azərbaycana ərazi iddiasından imtina etməsi üçün əsas olduğunu bildirib:
“Görüşdən sonra Şarl Mişel bəyanat verdi.
Görüşlə bağlı müəyyən bəndlər belədir:
Birincisi, əslində Azərbaycanın tələbləri yerinə yetirilir. Tərəflər sülh sazişinin hazırlanmasına başlayır və xarici işlər nazirləri mətnin üzərində işləmək üçün bir ay ərzində görüşəcəklər.
İkincisi, qeyd olunan bənddə bu razılaşmanın Qarabağ məsələsinə aid edilməyəcəyi, yəni rəsmi İrəvanın bundan imtina edərək, məsələni Azərbaycanın ixtiyarına buraxdığı açıq-aydın görünür.
Üçüncüsü, əgər əvvəlki görüşlərin bəyanatlarında “Dağlıq Qarabağ” “Qarabağ” oldusa, indi bu barədə heç bir söz yoxdur ki, bu da Bakının nöqteyi-nəzərini bir daha tam ifadə edir”.