13 Sentyabr 2022 16:18
2 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülh prosesi ləngiyir. Bunda kim maraqlıdır? Əlbəttə, Ermənistan. Onlar hər vəclə razılaşmalar və sülhdən boyun qaçırmaq istəyirlər. Brüsseldə təzyiq altında sülh müqaviləsinin üzərində işə başlamaq haqda razılıq verən, ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasına hazır olduğunu ifadə edən Nikol Paşinyanın xarici işlər naziri Mirzoyan hər şey edir ki, bu iş başlamasın və tamamlanmasın”.

Bunu Teleqraf.com-a dünən bütün gecə ərzində Azərbaycan-Ermənistan sərhədində erməni təxribatının qarşısını almaq üçün Azərbaycan ordusunun gördüyü tədbirləri şərh edən deputat Rasim Musabəyov deyib.

"Ermənilər bir tərəfdən deyirlər ki, dəhliz olacaq, digər tərəfdən elan edirlər ki, dəmir yolu çəkmirlər. Digər tərəfdən, sərhədlərin delimitasiya və demarkasiyası üçün komissiya yaradılıb, iş başlanmalıdır, amma təəssüflər olsun ki, başlamır. Son təxribatlar ermənilərin sülh və konkret razılaşmalardan boyun qaçırmasına xidmət edir. Həm də gərginliyin artacağı təqdirdə ümid edirlər ki, BMT Təhlükəsizlik Şurası toplanıb desin ki, sülh olmalı, Minsk Qrupu işini bərpa etməlidir. Beləcə məsələ Minsk Qrupuna qayıtsın və onun da gündəliyində Qarabağın satusunun müəyyənləşməsi olsun. Biz isə onları yaxın buraxası deyilik. Əslində təxribat edənlər öncədən anlayırlar ki, Azərbaycanın qarşısında durmaq gücləri yoxdur”, Rasim Musabəyov qeyd edib.

Deputat ehtimal edir ki, Nikol Paşinyan bəzi məsələləri hesablayır: “Məsələn, düşünür ki, Kollektiv Təhlükəsizlik Müqaviəsini (KTMT) köməyə dəvət edəcək, bu qurum gəlməyəndə bu Paşinyana fürsət yaradacaq ki, üzünü Rusiyadan çevirsin”.

Sonda deputat bildirib ki, Azərbaycan ordusu erməni təxribatlarına cavab olaraq addım atıb: "Hesab edirəm ki, Azərbaycan Kəlbəcərə gedən köhnə yolun açılmasına çalışmalıdır".


Müəllif: Nemət

Oxşar xəbərlər