30 Sentyabr 2022 09:40
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sərhəddə yenidən insident olub, atışma qeydə alınıb. Bununla paralel olaraq danışıqlar da gedir. İsidentlər də davam edəcək. Aydındır ki, Ermənistanda güclü “beşinci kolon” var. Üstəlik onlar daha çox Ermənistan Silahlı Qüvvələrində təmsil olunur. Ehtimallarıma görə, sərhəd insidentləri daha çox onların fəaliyyətinin nəticəsində ortaya çıxır”.

Bunu Teleqraf.com-a hərbi ekspert Azad İsazadə bildirib.

Mütəxəssis qeyd edib ki, Ermənistandakı “beşinci kolon” danışıqlar prosesini uzatmaq istəyir:

“Məqsədləri odur ki, sülh müqaviləsi bağlanmasın. Odur ki, hərbi insidentlər davam edəcək. Bunun qarşısını almaq üçün erməni hökuməti ordu üzərində nəzarətini gücləndirməlidir. Əks halda təxribatlar olacaq və biz buna hazır olmalıyıq”.

Azad İsazadə belə təxribatların nisbətən böyük masştablı hərbi toqquşmalara da gətirib çıxara biləcəyini istisna etmir:

“Bəli, son təxribatlar hər an böyük toqquşmalara çevrilə bilər. Biz buna hazır olmalıyıq. Başa düşməliyik ki, hələlik sülh müqaviləsi yoxdursa, müharibə davam edir”.


Müəllif: Nemət

Oxşar xəbərlər