16 Oktyabr 2022 17:40
3 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Ermənistan qarşısında güclü mövqedən çıxış edir. Buna görə də Ermənistandan tələb edir ki, sülh sazişini imzalasın, ərazi bütövlüyünü tanısın, Qarabağ məsələsini isə tamamilə gündəmdən çıxarsın”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin erməni əsilli müəllimi, siyasi ekspert Artur Xaçikyan deyib.

Ekspert Azərbaycan Prezidenti İlham Əliyevin qəti şəkildə heç bir beynəlxalq missiyanı Qarabağa buraxmadığını bildirib:

“Azərbaycanın belə həmlələri beynəlxalq münasibətlərdə qəbul edilir. Bu baxımdan, Azərbaycanın bu addımı Ermənistan üçün ikinci kapitulyasiya sayıla bilər. Bəs biz son bir neçə ildə potensial olaraq buna qarşı tarazlıq yaratmaq üçün nə etdik? Beynəlxalq münasibətlərdə heç nə sözlə həll olunmur, ancaq güclə... Azərbaycan bunu çox gözəl başa düşür, biz başa düşmürük, ona görə bu vəziyyətdəyik”.

Xaçikyanın sözlərinə görə, Azərbaycan artıq Qarabağ məsələsini bağlanmış hesab edir:

“Maraqlıdır ki, bu barədə heç kim danışmır, nə Avropa, nə Pelosi, nə də Makron nəsə deyir. İndi Makron deyir ki, Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən ayrıca ərazi kimi qəbul edilməyib. Amma o, buradakı “xalq”dan söz açmır. Eyni zamanda, onlar bildirirlər ki, 1991-ci il sərhədlərinin hər iki tərəfin tanınmasının tərəfdarıdırlar. Borrel və Makron həmin sərhədlərdən danışır. Amma heç kim Qarabağdakı ermənilərin gələcəyindən danışmır. Makron sadəcə deyir ki, Fransa erməniləri tərk etməyəcək, orada müşahidəçilər yerləşdirmək istəyir. Demir ki, biz ermənilərə silah verəcəyik, onları qoruyacağıq, sadəcə olaraq, bizi aldatmaq istədikləri gözəl sözlər deyirlər, gözəl çıxışlar edirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər