11 Noyabr 2022 12:53
2 857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi komitəsinin sədri, deputat Taquhi Tovmasyan Xankəndində olub.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni deputatın özü məlumat verib.

Tovmasyan bir neçə gün əvvəl baş tutan səfərdən sonra Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüb.

Deputat səfəri və Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin durumu ilə bağlı rusiyalı səfirə məlumat verib.

“Orada yaşayan insanların (Qarabağ separatçıları – red.) bir tələbi var: Rusiya sülhməramlıları Qarabağda qalmağa davam etməlidirlər”, - Tovmasyan deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər