"Şuşa, Ağdam və Füzulidə məktəb tikintisi 2023-cü ilin sentyabrında bitəcək".
Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, artıq Suqovuşanda məktəb hazırdır: "Ağalıda tədris var. Zəngilan, Kəlbəcər və Cəbrayılda məktəb tikintisinin ilkin işlərinə başlanılıb. Aidiyyəti qurumlarla digər regionlarda onlarla kəndin məktəblərinin layihələndirilmə işlərinə başlanılıb".