“Dondurulmuş”, təxirəsalınmış və ya həll olunmamış məsələlərin çözülməsi üçün gələcəyə baxmaq lazım deyil.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Ekspert Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə - Qarabağın dağlıq hissəsində baş verən son gəlişmələrə diqqət çəkib:
“Dondurulmuş münaqişə” təxirə salınmış müharibədir. İki il əvvəl məhz bu səbəbdən müharibə baş verdi. Bu həm də ona görə oldu ki, 1990-cı illərin nəsli münaqişəni dayandıra bilmədi. İndi biz ötən illərin kədərli təcrübəsini təkrarlaya bilmərik.
1990-cı illərdə baş verən Birinci Qarabağ Müharibəsində iyirmi yaşlı,2020-ci ildəki İkinci Qarabağ Müharibəsində isə 1990-cı illərdə 20-30 yaşında olan gənclərin övladları həlak oldu. Bu “ölüm konveyeri”ni dayandırmaq üçün bu gün üçüncü Qarabağ müharibəsi ehtimalının qarşısı alınmalıdır.
“Dondurulmuş”, təxirəsalınmış və ya həll olunmamış məsələlərin çözülməsi üçün gələcəyə baxmaq lazım deyil. Hər şey bu gün qərara alınmalı və bununla birdəfəlik başa çatmalıdır”.