Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
Teleqraf.com xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 8 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.
Avtomobillərin içərisində erməniəsilli şəxslər olub.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.//Report