15 Mart 2023 23:42
13 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşğal altındakı Xocalıda rus sərkərdələrinə büstlərin qoyulması Putinin şəxsi təşəbbüsüdür”.

Teleqraf.com xəbər verir ki, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ukraynada işğalçı müharibə vasitəsilə keçmiş imperiya sərhədlərini bərpa etməyi planlaşdıran şəxsin başqa ərazilərə də baxışı eynidir:

“Rusiya hərbi kontingentinin Qarabağda rus sərkərdələrinə abidələrin qoyulması, Xocalıdakı qərargah otaqlarında divarlara sovet generallarının portretlərinin yapışdırılması, Şuşa ətrafındakı yollarda keçmiş SSRİ-nin bayraqlarının dalğalanması ideyası Kreml sahibi Vladimir Putinin şəxsi əmriylə əlaqəlidir. Bunların müəllifi odur.

Rusiya prezidenti simvollara diqqət yetirən siyasətçidir. O, keçmiş illərdə qonaqlarını Kreml sarayının o otaqlarında qəbul edirdi ki, həmin otaqdakı heykəl və ya portretlər xarici həmkarlarına Rusiya imperiyasının həmin dövlətlər üzərindəki qələbələrini xatırlasınlar. Əslində bu şəkildə “qəbul” qonağını aşağılamaq mənası daşıyırdı.

İşğal altındakı Xocalıda rus sərkərdələrinə büstlərin qoyulması da Putinin şəxsi təşəbbüsüdür. Ukraynada işğalçı müharibə vasitəsilə keçmiş imperiya sərhədlərini bərpa etməyi planlaşdıran şəxsin başqa ərazilərə də baxışı eynidir. Rusiya hərbi kontingentini Qarabağdan yola saldıqdan və torpaqlarımızın qalan hissəsini azad etdikdən sonra rus sərkərdəsi Aleksandr Nevskinin və digərlərinin Xocalıda büstlərinə ehtiyac qalmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər