30 Mart 2023 15:46
8 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan köhnə Laçın yoluna tam nəzarət edir, Rusiya sülhməramlıları isə yeni xətdə yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Laçın yolu məsələsi ətrafında baş verən son gəlişmələrə diqqət çəkib:

“Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Görünən odur ki, bu, Rusiya sülhməramlı korpusu ilə Azərbaycan tərəfi arasında əldə edilmiş anlaşmalar çərçivəsində həyata keçirilib. Buna əsasən, Azərbaycan köhnə Laçın yoluna tam nəzarət edir, Rusiya sülhməramlıları isə yeni xətdə yerləşdirilib. Çünki razılaşma çərçivəsində Ermənistan tərəfi öz ərazisində Azərbaycan ərazisində yerləşən alternativ Laçın yolu ilə birləşdirən yeni xəttin tikintisini aprelin 1-dək başa çatdırmağı öhdəsinə götürmüşdü. Ermənistan tərəfi yolu tamamlamadı, daha doğrusu, tamamlayıb, amma asfaltlamayıb. Yolun asfaltlanması davam edir, bu, erməni tərəfinin problemləridir. Paşinyandan asfaltın pullarının hara getdiyini soruşsunlar.

Razılaşdırılmış vaxta qədər gözlədik və indi planlarımıza uyğun olaraq tədbirlərimizi həyata keçiririk.

Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də geniş sərhəd ərazisi nəzarətə götürülüb. Bu, yaxın gələcəkdə ilk məcburi köçkünlərin köçürülməsi gözlənilən ərazilərin təhlükəsizliyini daha da gücləndirməyə imkan verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər