20 Aprel 2023 11:57
7 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağın dağlıq hissəsinin tam şəkildə Azərbaycana təhvil verilməsinə hazırlıq gedir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Tatevik Ayrapetyan deyib.

Ekspert Ermənistan Baş nazir Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatının səbəbsiz olmadığını söyləyib.

“Bu, Paşinyanın nə ilk, nə də sonuncu belə bəyanatıdır. Onun bu sözlərinin, danışıqlar prosesi ilə bağlı açıqlamalarının bir məqsədi var: Qarabağı tam təhvil vermək üçün zəmin formalaşdırmaq”, - Ayrapetyan bildirib.

Politoloq Ermənistan baş nazirinin 2026-cı ilə qədərki imtina edilmiş və ya dəyişdirilmiş proqramına da diqqət çəkib və qeyd edib ki, yeni proqramda Qarabağla bağlı “müstəqillik” və ya “status” anlayışları yoxdur.

Ayrapetyan Paşinyanın 2021-2026-cı illər üçün nəzərdə tutulmuş proqramında Qarabağla bağlı “yekun status” və “öz müqəddəratını təyinetmə hüququ” kimi məsələlərin yer aldığını söyləyib. Eyni zamanda, vurğulayıb ki, Paşinyan nədənsə sonradan bu proqramdan imtina edib.

“Seçkiqabağı proqramından, hökumətin beşillik planından niyə imtina edib? Sülh gündəmini hər gün yenidən şərh edir”, - ekspert vurğulayıb.

Tatevik Ayrapetyan qarşıdakı bir ay ərzində Qarabağın dağlıq hissəsinin tam təhvil verilə biləcəyini də iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər