23 Aprel 2023 14:31
1 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusu separatçıların Ermənistan ərazisindən qanunsuz hərbi daşınmalar üçün istifadə etdikləri Həkəri çayı üzərindəki körpünü bağlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Azərbaycan Laçın dəhlizində Rusiya sülhməramlı qoşunlarının məsuliyyət zonasında (müvəqqəti) yerləşən, Ermənistanla sərhəddəki Həkəri körpüsünü bağlayıb”, - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi ermənilərin sözügedən istiqamətdən ərzilərimizə (Qarabağın dağlıq hissəsinə) silah-sursat daşımaları haqda məlumat yaymışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər