3 May 2023 12:06
3 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandanı general-polkovnik Aleksandr Lentsov sabah Bakıya yola düşəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşrin məlumatına görə, rusiyalı general bu barədə mayın 1-də separatçılar Araik Arutyunyan və Qurgen Nersisyanla görüşündə bildirib.

Qəzet Lentsovun Qarabağa gəldikdən sonra separatçılarla iki dəfə görüşdüyünü qeyd edir:

“Birinci görüş Arutyunyanın, ikincisi isə sülhməramlı qoşunların qərargahında baş tutub. Bu isə o deməkdir ki, rusiyalı generalla görüşə maraq göstərirlər. Çünki general Lentsovun son ümidləri olduğunu söyləyirlər.

Mənbələrimiz bildirir ki, Lentsov onlar üçün də (Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qoyulmasından sonra) “arzuolunmaz vəziyyət”in yarandığını, amma bütün suallara yalnız Bakıdan qayıdandan sonra cavab verə biləcəyini deyib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər