24 May 2023 00:17
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni separatçıların qanunsuz silahlı dəstələri Xocalıda “təlim”ə başlayıblar.

Teleqraf.com xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında özlərini toxunulmaz hesab edən qanunsuz silahlılar Xocalı hərbi poliqonunda növbəti “tədbir” keçirib.

Xatırladaq ki, Xocalıda sülhməramlıların bazası yerləşir. Qanunsuz erməni silahlı dəstələrinin məhz burada təlim keçməsi rus sülhməramlıların 10 noyabr 2020-ci il bəyanatının tələblərini icra etməməsinin və bunu kobud şəkildə pozmasının nəticəsidir.

“Minval”ın əldə etdiyi yeni görüntüləri təqdim edirik.


Müəllif: Teleqraf.com