"Bütün dünya ölkələri öz sərhədlərini qoruyursa, bu, Azərbaycanın da təbii və legitim hüququdur”.
Teleqraf.com verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, hələ də separatçı ünsürlərin əsarəti altında olanlar təcili qərar verməlidirlər: “Onlar Azərbaycan vətəndaşlığını qəbul edib yaşamalıdırlar. Hələ də Avropada Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılmasına qarşı fikir səsləndirənlər var. Onların diqqətinə çatdırmaq istəyirəm ki, bütün dünya ölkələri öz sərhədlərini qoruyursa, bu, Azərbaycanın da təbii və legitim hüququdur”.