30 May 2023 19:15
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiyanın paytaxtı Bratislava şəhərində GLOBSEC 2023 Bratislava Forumu keçirilib.

Teleqraf.com xəbər verir ki, Forum çərçivəsində "Dinc gələcəyə doğru: "Cənubi Qafqaz üçün yeni şəfəq" (“Energy and Climate Security: Lessons Learned and Way Ahead”) adlı panel müzakirələrində iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armeni Qriqoryan Azərbaycan-Ermənistan əlaqələri və regionda sülh prosesi barədə danışıblar.

Hikmət Hacıyev bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan əraziləri uzunmüddətli işğaldan azad olunub.

"Ərazi bütövlüyünə hörmət prinsipi Azərbaycan üçün çox vacibdir. Sülh danışıqlarının harada aparılması deyil, daha çox danışıqların mövzusu əhəmiyyət kəsb edir", - Hacıyev bildirib.

Armen Qriqoryanın sözlərinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Azərbaycanla Ermənistan arasında ən böyük məsələ Qarabağ məsələsidir. O Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı 1975-ci il xəritəsini əsas götürməyi təklif etdiyini deyib və əlavə edib ki, Ermənistan öz ərazisində dəhlizin yaradılmasına heç zaman razılıq verməyəcək. Hikmət Hacıyev cavabında bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, hələ də erməni hərbçilərinin olduğu Azərbaycana məxsus Qarabağ bölgəsinə silah göndərir. Sərhədlərin delimitasiyası məsələsinə gəldikdə Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 1991-ci il Alm-Ata Bəyannaməsinin əsas götürülməsini dəstəkləyir.

"Biz regionda sülh təşəbbüslərini öz əlimizə almalıyıq. Biz Azərbaycan-Gürcüstan-Ermənistan formatını təklif etmişik. Regiondakı nəqliyyat xətlərinin açılması məsələsi gəldikdə Ermənistan ərazisindən keçən Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün hər hansı qüvvələri dəvət etmək Ermənistanın öz işidir. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli sənəddə bu barədə maddə yer alıb”.

Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, İdarə Heyətinin üzvü Esmira Cəfərova və baş məsləhətçisi Şahmar Hacıyev də GLOBSEC 2023 Forumda iştirak edib. .


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər