Qarabağın dağlıq hissəsinə yerləşdirilmiş qanunsuz erməni silahlı dəstələri Xocalıda təlimlərə başlayıblar.
Teleqraf.com Ordu.az-a istinadən xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında özlərini toxunulmaz hesab edən qanunsuz silahlılar Xocalı hərbi poliqonunda atış təlimləri keçirlər.
Xatırladaq ki, Xocalıda sülhməramlıların bazası yerləşir. Qanunsuz erməni silahlı dəstələrinin məhz burada təlim keçməsi rus sülhməramlıların 10 noyabr 2020-ci il bəyanatının tələblərini icra etməməsinin və bunu kobud şəkildə pozmasının nəticəsidir.