13 İyun 2023 12:22
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azad edilmiş ərazilərin bərpası, “Böyük Qayıdış” prosesinin sürətləndirilməsi üçün maliyyə təminatı gücləndirilir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, əvvəl 3 milyard manat ayrılan vəsaitin üzərinə yenidən 2 milyard əlavə edilir, bu rəqəm ümumilikdə 5 milyard manata çatdırılır:

“Bu, çox mühüm addımdır. Amma bu gün inflyasiya da davam edir. Ona görə də büdcədən sosial məsələlərin tənzimlənməsi üçün də əlavə vəsait ayrılmasına ehtiyac var. Həm azad edilmiş ərazilərə yetərincə vəsaitin yönəldilməsi, həm də sosial proseslərə əlavə vəsait ayrılması yaxşı nəticələrə gətirib çıxara bilər. Gələcəyə yatırım baxımından təhsilə ayrılan vəsaitə də yenidən baxılmalıdır. Çünki təhsilə ayrılan vəsaitin 80%-i əməyin ödənişinə yönəldilir. Regional problemlərin həllinə də yenidən baxılsa, yaxşı olar. Regionlarda kanalizasiya sistemi, kəndlərin qazlaşdırılması prosesi bitməlidir”.

Deputat Qarabağ müharibəsi veteranlarına verilən 80 manat müavinətin artırılmasını da təklif edib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər