27 İyun 2023 13:19
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İyunun 5-i və 26-da humanitar neytral vasitəçi rolunda çıxış edərək, tibbi yardıma ehtiyacı olan 31 nəfərin Ermənistana təxliyə olmasına yardımçı olduq. Biz tibb müəssisələrinə 80 ton dərman və digər ləvazimatlar da çatdırdıq".

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) açıqlayıb.

Məlumatda deyilir: "Tibbi yardıma ehtiyacı olan insanlara kömək etmək, səhiyyə müəssisələrini dəstəkləmək və ailələri birləşdirmək üçün imkanların olması çox vacibdir. 2022-ci ilin dekabr ayından bəri 520-dən çox pasientə kömək edə bilmişik. Həmçinin 600-ə yaxın insanın ailələri ilə qovuşmasına dəstək vermişik, tibb müəssisələri üçün uşaq qidaları, ərzaq bağlamaları və dərman ləvazimatları da çatdırmışıq. Biz bu xidmətlərimizi davam etdirməyə hazırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər