3 İyul 2023 18:43
1 800
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 29-da separatçı rejimin rəhbəri Arayik Arutyunyan ermənilərin "məmurlar"ın Xankəndini tərk etməsi barədə suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Araik bildirib ki, qondarma rejimin yalnız "XİN rəhbəri" İrəvandadır.

"Onun İrəvanda olması mənim qərarımdır. Amma digər "məmurların" və onların ailə üzvlərinin Qarabağı tərk etməsinin heç bir əsası yoxdur. Qarabağı tərk edən ermənilərlə bağlı ciddi qərarlar qəbul ediləcək. Mülklərini burada icarəyə verib gəlir əldə edirlər. Belə insanlara qarşı çox sərt münasibətin tərəfdarıyam. Anons verirlər, qışqırırlar, qaçırlar, hamı getmək istəyir... ilk növbədə kim getmək istəyirsə, cəhənnəmə getsin, səsini aşağı salıb getsin, camaat burada yaşamaq, burada yaratmaq istəyir”, - deyə Araik vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər