14 İyul 2023 16:08
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın-Xankəndi yolunun başlanğıcında, Laçın sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidini Azərbaycan çox yüksək səviyyədə icra edib və edəcək.

Teleqraf.com xəbər verir ki, yayılan yeni videogörüntüdə mülki erməni qadının Azərbaycan hərbçisinə təşəkkür etməsi bu deyilənlərin əyani təsdiqidir.

Qarabağın erməni əhalisi bu vaxta kimi çox sərbəst və təhlükəsiz şəkildə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiətilə sərhəd-buraxılış məntəqəsindən keçiblər.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir. Eyni zamanda bu kadr bir daha göstərir ki, Azərbaycan sərhədçiləri Qarabağın erməni əhalisi ilə olduqca nəzakətli davranmaqla yanaşı, onlara hansı xalqın nümayəndəsi olmaları ilə bağlı fərq qoymurlar.

Qeyd edək ki, Ermənistan tərəfi Azərbaycanla sülh danışıqlarını ləngitmək, prosesi dalana dirəmək üçün demək olar ki, hər addımbaşı Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsini qabardaraq, guya onlara görə narahatlıqlarını ifadə etməyə, beynəlxalq ictimaiyyəti bu məsələyə biganə qalmamağa cəlb etmək istəyirlər. Lakin sözügedən kadrlar bir daha nümayiş etdirir ki, Qarabağın etnik erməniləri üçün elə ən böyük təhlükəsizlik məhz Azərbaycanın vətəndaşı kimi, onun qanunları çərçivəsində yaşadıqları zaman mümkün olacaq.

Erməni qadının Azərbaycan sərhədçisinə təşəkkür videosunu təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər