15 İyul 2023 13:35
12 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidəki separatçı rejim daxilində qızışan anti-Rusiya atmosferi onun üçün öldürücü ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Qəzet qeyd edir ki, separatçı rejim onun üçün təhlükəli olan prosesin getməsindən narahatdır. Ötən gün qondarma qurumun “dövlət naziri” Qurgen Nersisyanın rəhbərliyi ilə bir qrup separatçı Rusiya sülhməramlılarının qərargahına yürüş keçirib. Aksiya iştirakçılarının sülhməramlılardan tələbi Azərbaycanın Laçın yolundakı sərhəd-buraxılış məntəqəsinin götürülməsidir.

“Hraparak” iddia edir ki, yürüşün təşəbbüskarı separatçı rejimin daxilindəki anti-Rusiya qrupudur. Mənbə həmin qrupun Ermənistan hökumətinə bağlı olduğunu yazır.

Ötən həftə sülhməramlıların komandiri, general-polkovnik Aleksandr Lentsovla görüşdən narazı qalan separatçılar Tiqran Petrosyan və Artur Osipyan etiraz aksiyası keçirməyi planlaşdırırdı. Səhəri gün görüşdükləri Nersisyan onları iki gün gözləməyə çağırıb. Amma Lentsovdan istədiklərini ala bilməyən separatçı rejim yürüşə qərar verib. Aksiyaya baş separatçı Araik Arutyunyandan da dəstək gəlib. Nəşr onu da xatırladır ki, Lentsov sözügedən görüşdə bildirib ki, Baş nazir Nikol Paşinyan “Qarabağ Azərbaycandır” deyəndə məsələ bağlanıb.

“Mənbələrimiz sülhməramlılarla isti münasibətləri olan və əks-tədbirlər görən Vitali Balasanyanın bu anti-Rusiya əhval-ruhiyyəsi fonunda həbs olunduğuna şübhə etmirlər”, - məlumatda qeyd olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər