"Euronews" telekanalı Şuşa Qlobal Media Forumu ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə yeni media” mövzusunda reportaj hazırlayıb.
Teleqraf.com xəbər verir ki, reportajda beynəlxalq tədbir barədə məlumat verilib.
Panel iştirakçıları dezinformasiya, jurnalistlərin təhlükəsizliyi, ənənəvi və yeni media arasındakı fərqlər, AI-nin jurnalistikaya təsirini müzakirə ediblər.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.