8 Avqust 2023 19:45
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan bilərəkdən beynəlxalq ictimaiyyətin düşüncəsini manipulyasiya etməyə çalışır və Azərbaycan ərazisində qanunsuz fəaliyyəti davam etdirməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan-Norveç əlaqələri üzrə məsələlərlə məşğul olan "Cultural bridge builder organization" (CAN) təşkilatının sədri Şərvin Nəcəfpur deyib.

"Azərbaycanı yalandan Qarabağda yaşayan erməniləri bütün dünyadan "təcrid etməkdə", guya ərzaq, su, dərman vasitələri, yanacaq və elektrik enerjisinə çıxışdan məhrum etməkdə ittiham edirlər. Halbuki Azərbaycan Qarabağdakı ermənilərin bütün ehtiyaclarını qarşılamağa hazırdır və onlara Ağdam-Xankəndi yolunu təklif edir", - deyə o vurğulayıb.

Qarabağda yaşayan ermənilərin sosial şəbəkələrdə yerləşdirdikləri kadrlar Xankəndidəki insanların fəal ictimai həyat tərzi keçirdiklərini təsdiq edir. Bu isə Ermənistanın bilərəkdən beynəlxalq ictimai düşüncəni manipulyasiya etdiyini, "humanitar böhran" və "blokada" iddialarının sırf siyasi manipulyasiya olduğunu bir daha sübut edir.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Azərbaycan ərazisində Ermənistandan erməni hərbi birləşmələri üçün canlı qüvvə, hərbi sursat, mina, habelə hərbi təyinatlı digər vasitələrin qanunsuz daşınmasının qarşısını almaq və aprelin 22-də Ermənistan tərəfindən Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun girişində birtərəfli qaydada sərhəd buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd buraxılış məntəqəsi təyin edilib.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər