3 Oktyabr 2023 11:50
7 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Rusiyanın Ukraynadakı təcavüzünə fəal dəstək verən rusiyalı milyarderi həbs edib".

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

“Ətrafımızda Xeyirlə Şərin savaşı gedir. Azərbaycan Rusiyanın Ukraynadakı təcavüzünə fəal dəstək verən rusiyalı milyarder Ruben Vardanyanı həbs edib. Qondarma artsaxın “xarici işlər naziri” – Abxaziya və Cənubi Osetiyadakı qondarma dövlətlərlə əlaqələri fəal şəkildə inkişaf etdirən Davit Babayan da həbs olunub. Artıq “artsax” özünü ləğv edib, çünki bu işğal edilmiş ərazilərdəki (artıq azad edilmiş) separatçılar “mübarizə”lərində öz tərəfdaşlarını itiriblər”, - sabiq prezident bildirib.

Saakaşvili qeyd edib ki, Ukrayna ordusu Donbasda Cənubi Osetiya batalyonunu və onlarla separatçı abxazı məhv edib:

“Bir sözlə, bizdən başqa hamı bizim işimizi görür. Geosiyasi qatarda biletsiz səyahətimizə davam edəcəyimizi və hansısa kəskin döngədə bu qatardan düşməyəcəyimizi düşünmək yalandır. Qarşımızda unikal imkanlar açılır və gələcək nəsillər bu imkanları əldən verdiyimizi bizə bağışlamayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər