Moskvada Qarabağı tərk edən sakinlərdən bəzilərinin geri qayıtmağı planlaşdırdığı barədə məlumat var.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bizə məlumat daxil olur ki, Qarabağ sakinlərinin bir qismi geri qayıtmaq barədə düşünür”, - Zaxarova qeyd edib.
Onun sözlərinə görə, bu halda Rusiya Azərbaycan tərəfi ilə təmaslar vasitəsilə bu prosesə dəstək verəcək.