ABŞ Dövlət Departamenti Rusiya, Amerika və Avropa Birliyinin yüksək rütbəli diplomatlarının bir neçə gün əvvəl Türkiyədə görüşdüklərini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, görüşün Azərbaycan ordusunun antiterror tədbirlərdən əvvəl baş tutması diqqət çəkir.
“Sentyabrın 17-də İstanbulda keçirilən görüş Qarabağda “təcili humanitar ehtiyaclar”ın həllinə yönəlib. Birləşmiş Ştatlar vəziyyətə dərindən qarışmaqda davam edir və tərəflərə Cənubi Qafqazda davamlı sülhə nail olmaqda kömək öhdəliyi götürür”, - məlumatda deyilir.
Dünən “Politico” qəzeti yazmışdı ki, sentyabrın 17-də İstanbulda AB, ABŞ və Rusiya nümayəndələri gizli danışıqlar aparıblar.
Rusiya tərəfi həmin gün görüşlə bağlı məlumatı təsdiqləyib.