28 Fevral 23:59
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Almaniya münaqişənin həlli istiqamətində hər iki tərəfi dəstəkləməyə davam etmək niyyətindədir".

Teleqraf.com xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berboka görə, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür.

“Biz inanırıq ki, Ermənistan və Azərbaycanın uzun illər davam edən ağrılı münaqişədən sonra hazırda davamlı sülhə nail olmaq imkanı var”, - deyə Berbok Berlində iki ölkənin xarici işlər nazirləri ilə görüşündə bildirib.

Almaniyanın xarici siyasət idarəsinin rəhbəri hər iki ölkənin böyük iztirab və insan itkiləri ilə dolu keçmişi geridə qoymaq üçün atdığı cəsarətli addımlardan danışıb. O deyib ki, irəli getmək qətiyyət tələb edir.


Müəllif: Teleqraf.com