Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.
Komissiya katibi Arifə Muxtarovanın təqdimatına əsasən, namizədlərin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi vaxtı haqqında məlumat verilib.
Qeyd edilib ki, seçkilərin yekunlaşmasi və nəticələrin elan edilməsi prosesi ən gec sentyabrın 22-də başa çatdırılacaq