“Breytbart” (“Breitbart”) saytı şikayət edir ki, ABŞ və bütün Qərbdə Corc Vaşinqton, Tomas Cefferson və digər tarixi şəxsiyyətlərin abidələri sökülərkən, necə olur ki, Almaniyanın Gelzenkirxen şəhərində “Bolşevik despotu” Vladimir Leninin heykəli boy atmağa başlayır?
Lenin, əsl adı - Vladimir Ulyanov qanlı vətəndaş müharibəsindən sonra SSRİ-nin ilk rəhbəri oldu. Lenin etnik azlıqların müdafiəçisi kimi görünsə də, millətlərin öz müqəddəratını təyinetmə hüququnu müdafiə etsə də, xalqların özünü idarəetmə cəhdlərini vəhşicəsinə yatırdı: Ukrayna, Azərbaycan, Gürcüstan və Polşa kimi qonşu ölkələrə hücum etdi.
“Breytbart” oxucularının çoxu qəzəblənib, bir-birilərinə kommunizm dəhşətlərindən danışır, Qərbi Avropa liderlərini qitədə Sovet İttifaqını yenidən qurmaq istəyində ittiham edirlər.
Oxucu şərhləri:
“Mrangryextele”
“Kaş ki, Britaniyada Leninin heykəli olaydı, onu öz əllərimə dağıdardım”.
“Eod”
“Bu, o deməkdir ki, Almaniya nasistlərin simvollarını qadağan edir və Sovetlərə icazə verir. Ən azı qəribədir”.
“Phonecard Mike”
“Kommunizm ümiddən əl çəkir və öldürür. Kapitalizm, əksinə, ucaldır və ümid verir. Atam və mən - ikimiz Qərbi Almaniyada xidmət etdik, kommunizmin dəhşətini və məhvini gördük”.
“Trump 2020!”
“Sadəcə olaraq, Leninin heykəlini mənə göstərin, orada 20 metrlik bir çuxur qalana qədər ağ fosforla yandıracağam. Mən 1968-ci ildən Demokratlar ilk dəfə marksist olandan bəri respublikaçıyam. Marksizm bir absurd zarafatdır, ancaq öz azadlığınızı müdafiə etmirsinizsə, qeyri-insani kommunist zombilər tərəfindən tapdalanmağa layiqsiniz”.
“Rez zircon”
“Gələcək nəsillər onun vəhşiliklərindən xəbərdar olmalı və onlarla mübarizə aparmağı bacarmalıdırlar”.
“Knowhowe”
“Uzun illərdir kommunistlərin çoxmillətli korporasiyalara və direktorlar şuralarına sızması barədə xəbərdarlıq edirəm. İndi kimin dəstəklədiyi bəlli oldu. Televiziya təbliğatı hər gün gəncliyi marksizmə sövq edir ki, gələcək inqilabda yemə çevrilsin”.
“Pandyrama”
“Bu sürətlə yeni bir vətəndaş müharibəsinə getmək deməkdir, bunu qaçılmaz sayın”.
“Frank”
“Bu bir rus sui-qəsdi deyil? Solçular Lenini tərifləyirlər, amma onun dövründə insanlar mahiyyətcə kölə idilər; məhsullar onlardan götürülür və aclığa məhkum edilirdi. Canavarı tərifləyirlər!”.
“Marianna Mansfeldova”
“Sovet bloku” ölkələrindən birində anadan olmuşam. Bunu öz təcrübəmdən bilirəm: kommunizm ən pozğun ideologiyadır. Almanlar da dəyişmir. Hitler sosialist idi? Bəli”.
“Polikarp13”
“1989-cu ilin hesablamalarına görə, SSRİ dövründə ən azı 80 milyon insan ölüb - kütləvi repressiyalar, qul əməyi, aclıq və s.”.
“Truth Seeker”
“Son on ildə siyasətdəki ən sirli şey Qərbi Avropa liderlərinin Sovet İttifaqını Qərbi Avropada yenidən qurmaq üçün göstərdiyi inanılmaz qətiyyətidir. Hətta Qorbaçov Avropa İttifaqının keçmiş Sovet İttifaqı olduğunu, yalnız Qərb geyimində olduğunu söyləmişdi”.
“Spocksaysliberia”
“Hitlerin bəşəriyyəti sevindirən əsas addımı 1930-cu illərdə Almaniyadakı bolşevikləri məhv etməsidir”.
“StaOldguy”
“1980-ci ilə qədər kommunist olacağımızı söylədik, ancaq Reyqan gəldi və onları 40 il həbsə məhkum etdi. Ümid edirəm Tramp onları daha 40 il oradan çıxarmayacaq. Reyqanın Senat və Nümayəndələr Palatasında kommunistləri də var idi, amma o qədər də açıqda deyildilər. İndi kommunistlər Dərin Dövlət və Konqresə daxil olublar”.
“Johnny”
“Almaniya və Hitler millətçiliyi müdafiə etdi və kommunizmə qarşı vuruşdular. Kim qazandı, bilirik. O vaxtdan bəri, onlar Avropanın bütün qurumlarına dırmaşdılar. Abidədən aydın olduğu kimi, bu mərhələ başa çatıb. Kommunizmə xoş gəldiniz. Tezliklə boğazımız bir çəkmə ilə əziləcək, ölkələri inqilablar bürüyəcək”.
“Gen kin”
“Sovetlər Qərbin qəlbini və düşüncəsini qazandı, yollarını tutdu. İndi Qərbdə terror anti-kommunistlərə qarşı yayılacaq. Sovetlər və Çin 100 milyondan çox insanı öldürdü. Bəs Qərb neçə kommunisti öldürəcək?”.