20 Sentyabr 2016 21:31
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinli milyarder Van Tszyanlinyanın oğlu Van Sıtsuna yenidən diqqət mərkəzinə gəlib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Sıtsuna sevimli iti Kokoya 7 ədəd ən son model iPhone telefonu hədiyyə edib.

Foto Weibo sosial şəbəkəsində yayımlanıb. Şəkillər birmənalı qarşılanmayıb. İstifadəçilərin əksəriyyəti itə bu telefonların niyə alındığını başa düşmədiklərini bildiriblər.

Qeyd edək ki, bu milyarder oğlunun ilk belə fotosu deyil. 2015-ci ildəki fotoda Koko 2 ədəd 37 min dollarlıq saatın üzərində uzanmışdı.

Elvin


Müəllif: