19 May 2017 13:45
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev sədr aparatının iclasını keçirib. İclasda 28 may – Respublika gününə hazırlıq işləri müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, ALDP iclasda II Dünya müharibəsi dövründə sovet diktaturasına qarşı mübarizə aparan azərbaycanlılarla bağlı Bakı Şəhəri İcra Hakimiyyətin başçısı Hacıbala Abutalıbova müraciət qəbul edib.

Partiya müraciətdə xatırladıb ki, II Dünya müharibəsi zamanı kommunist diktaturasına qarşı mübarizə aparanlar arasında 400 000 minə yaxın azərbaycanlı olub: “ 1942-ci ildə Polşada azərbaycanlılardan ibarət 2 alay ( 804 və 805 ), 1943-ci ildə isə Ukraynada azərbaycanlılardan ibarət daha 6 alay ( 806, 807, 817, 818, 819 və 820 ) yaradılıb. Eyni zamanda İsrafilbəy və Fətəlibəyli kimi hərbçilərin rəhbərliyi ilə azərbaycanlılardan təşkil olunmuş 10 alayın Qafqaz, Ukrayna, Krım, Belorus və Polşada döyüşlərdə iştirak edib. Bu alaylar Azərbaycanın müstəqilliyi uğrunda vuruşub”.

ALDP vurğulayıb ki, müstəqil Azərbaycan naminə 1943-cı ildə sinələrini sipər çəkənlər bu gün yad edilmir: “ALDP olaraq 28 May Respublika Günü ərəfəsində II Dünya müharibəsində Azərbaycanın müstəqilliyı uğrunda kommunist və sovet rejiminə qarşı mübarizə aparanların xatirəsinin əbədiləşdirilməsi üçün şəhərin parklarının birində abidə kompleksinin ucadılmasına sərəncam verməyinizi xahiş edirik”.


Müəllif: Cavad

Oxşar xəbərlər