7 Avqust 2018 15:45
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan kimi cırtdan və gücsüz dövlətlər heç zaman müstəqil siyasət yürüdə bilmirlər, kiminsə vassalı, şəraitdən asılı olaraq əl maşası, yaxud qapazaltısı olurlar. Bu mənada, Ermənistan nəinki istisna deyil, tarix səhnəsində biabırçı bir nümunədir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Musa Quliyev deyib.

Onun sözlərinə görə, Qafqaza ermənilərin köçürülməsi və Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması vaxtilə çar Rusiyasının müsəlman əhalinin yaşadığı İrana və Osmanlı İmperatorluğuna qarşı xristian buferi yaradılması məqsədi güdürdü: “İndi də istər Qərb, istərsə də Rusiya Ermənistandan gah Azərbaycana, gah Türkiyəyə, gah da bir-birilərinə təzyiq vasitəsi kimi istifadə edirlər. İşğalçı, başkəsən Köçəryan-Sərkisyan xunta rejiminin Ermənistanda hakimiyyətə gətirilməsi və uzun müddət iqtidarda qalması bir xarici gücün maraqlarına xidmət edirdisə, Paşinyanın ortaya çıxması və gözlənilmədən hakimiyyətə yiyələnməsi, görünür, ağaların əlcək dəyişməsi və vassalın ağa dəyişməsi prosesinin ifadəsidir. Hər halda bu dəyişmədə erməni xalqı həmişə olduğu kimi yenə də alət rolunu oynamaqdadır”.

Musa Quliyev qeyd edib ki, Ermənistanda ictimai- siyasi sabitlik pozulub və yaxın zamanlarda hadisələr daha da kəskinləşəcək: ““Qarabağ klanı” deyilən Köçəryan-Sərkisyan bandasının iqtidardan və ölkədən qovulması prosesinə start verilib. Amma nəzərə alaq ki, Ermənistan bütövlükdə kriminal bir dövlətdir və Paşinyan da faktiki olaraq çevriliş yolu ilə hakimiyyətə yiyələnmişdir. Onun hansısa demokratik-hüquqi islahatlar aparacağına inanmaq olmaz”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər