29 İyun 2019 16:44
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) birgə bəyanat yayıblar.

Teleqraf.com-un xəbərinə görə, bəyanatda qeyd olunub ki, vasitəçilər iyunun 27-28-də Vyanada ATƏT-in baş katibi Tomas Qremingerə və qurumun fəaliyyətdəki sədri Miroslav Layçaka regiona son səfərləri və bu yaxınlarda Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən məsləhətləşmələri barədə məlumat veriblər.

Həmsədrlər həmçinin ATƏT Yüksək Səviyyəli Planlama Qrupunun rəhbəri, polkovnik Vladimir Minariklə də görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib.

İyunun 28-də münaqişə tərəflərinin eyni vaxtda girovları azad etmələrini alqışlayan həmsədrlər belə bir müsbət addıma sövq edən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin səylərini də yüksək qiymətləndiriblər.

“Həmsədrlər tərəfləri sülhə rəvac verən, substantiv danışıqlar üçün əlverişli olan ab-havanı daha da bərqərar edəcək əlavə konkret humanitar addımlar atmağa çağırırlar”, – deyə bəyanatda vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər